FIDE prezidenti Şəmkirdə basketbol oyununda iştirak edib
Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin iştirakçıları istirahət günündə basketbol oynayıblar.

Qarşılaşmada şahmatçılarla yanaşı, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak ediblər.

Bir saat davam edən oyun böyük maraqla izlənilib.

Xəbər 1085 dəfə oxundu.