Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarının qalibləri müəyyənləşib
Stolüstü tennis üzrə aşağı yaşlı idmançılar arasında start götürən Azərbaycan birinciliyinin komanda yarışları başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasının zalında respublikanın şəhər və rayonlarından komandaların iştirakı ilə keçirilən ölkə birinciliyində oğlanlar arasında “Bakı 1” komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. “Bakı 2”, “Sumqayıt 1” komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların mübarizəsində “Şəki” komandası birinci yerə layiq görülüb. “Sumqayıt 1” və “Sumqayıt 2” komandaları sonrakı iki pilləni tutublar.

Ölkə birinciliyində şəxsi yarışlar davam edir.

Xəbər 937 dəfə oxundu.