İspaniya Avro-2012-də Ukraynanın yerinə göz tikib
İspaniya Futbol Federasiyası Avro-2012-nin keçirilməsi ilə bağlı UEFA-ya rəsmi müraciət edib. İdman.com.az saytının məlumatına görə, pireneylilər qitə çempionatını qəbul etməyə hazır olduqlarını və yarışın Ukraynada keçirilməli olan matçlara ev sahibliyi etməyi təklif ediblər.

Qurumun prezidenti Anhel Mariya Vilyar UEFA-dan olan həmkarı Mişel Platiniyə deyib ki, Ukraynada yaranan siyasi qeyri-sabitlikdə Avro-2012-yə indiki qitə çempionları ev sahibliyi etməyə hazırdır. Çempionatın startına 38 gün qalsa da İspaniyadakı infrastruktur yarışın keçirilməsi üçün yetərlidir. Qeyd edək ki, Polşa və Ukraynada keçiriləcək çempionat iyunun 8-də start götürəcək.

Xəbər 1083 dəfə oxundu.