Məktəblilər arasında atletika üzrə Bakı şəhər zona yarışı keçirilib
Məktəblilər arasında atletika üzrə respublika çempionatının Bakı şəhər zona yarışı keçirilib.

Bakı Olimpiya Mərkəzində keçirilən yarışda Şuşa, Zəngilan və Bakıdan 14 məktəb komandası mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nizami rayonu 251 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Nərimanov rayonu S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının komandası yarışı ikinci, Xətai rayonu 269 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.

Mükafatçılara diplomlar təqdim olunub.

Xəbər 959 dəfə oxundu.