Cüdo üzrə Azərbaycan millisi Antalya Qran-Prisində geniş heyətlə təmsil olunacaq
Cüdo üzrə Azərbaycan millisi aprelin 5-7-də Antalyada keçiriləcək Qran-Pri turnirində tam heyətlə təmsil olunacaq.

Növbəti Qran-Pridə məşqçilər korpusu 7 cəki dərəcəsi üzrə 13 idmançıya şans verəcək. Kişilərin yarışında millimizin üzvlərindən Orxan Səfərov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri, Rüstəm Kotsoyev (+100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (52 kq), İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcəklər.

Qran-Pridə 78 ölkədən 537 (330 kişi, 207 qadın) cüdoçu gücünü sınayacaq.

Xəbər 709 dəfə oxundu.