“Şahin” hərbi idman oyununun Astara rayon birinciliyi başa çatıb
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Astarada keçirilən rayon birinciliyi başa çatıb. Rayon birinciliyi 5 zona yarışlarından və final mərhələsindən ibarət olub. Yarışın zona mərhələsində 462 məktəbli iştirak edib.

“Şahin” hərbi idman oyununun rayon birinciliyinin final mərhələsi martın 29-da Astara şəhər 3 saylı tam orta məktəbin idman meydançasında 7 məktəb komandasının iştirakı ilə keçirilib.

Yarışın sonunda Şiyəkaran kənd 2 saylı tam orta məktəb komandası birinci, Astara şəhər 3 saylı tam orta məktəb komandası ikinci, Siyəku kənd tam orta məktəb komandası üçüncü yerə layiq görülüblər.

Qalib komandalar aprel ayında Cəlilabad rayonunda keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil etmək hüququ qazanıblar.

Xəbər 736 dəfə oxundu.