London-2012: Azərbaycan 3-cüdür!
Boks idman növündə London olimpiadasına qazanılan bütün lisenziyaların sahibləri məlum olub. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, 100 faizlik göstəriciyə malik olan yeganə ölkə Avstraliyadır.
Bu da ondan irəli gəlir ki, “Yaşıl qitə”nin komandası Avstraliya və Okeaniya ölkələrinin mübarizə apardığı yarışda heç bir ciddi müqavimətə rast gəlməyərək bütün lisenziyalara sahib olub.

Londona 9 vəsiqə qazanmış Qazaxıstan 2-ci yeri tutur. Hesabında 7 lisenziya olan milli komandamız Kuba, Rusiya, Ukrayna, İtaliya və Hindistanla birgə 3-8-ci yerləri bölüşür.
Qeyd edək ki, Avropa qitəsindən olimpiadaya ən çox vəsiqə qazanan ölkələr – Azərbaycan, Rusiya, Ukrayna və İtaliyadır – 7. Ermənistanı London oyunlarına cəmi 1 boksçusu təmsil edəcək.

Boks idman növündə London Olimpiadasına vəsiqə qazanmış ölkələr

Avstraliya - 10
Qazaxıstan - 9
Azərbaycan -7
Kuba - 7
Rusiya - 7
Ukrayna - 7
İtaliya - 7
Hindistan - 7
Özbəkistan - 6
Çin - 6
Türkiyə - 6
İrlandiya – 5
Yaponiya – 5
Fransa – 5
Almaniya – 4
Monqolustan -4
İran -4
Tayland – 3
Macarıstan -3
Bolqarıstan – 3
ABŞ – 3
Braziliya – 3
Tacikistan – 3
Belarus – 3
Koreya – 2
Litva – 2
İspaniya – 2
İsveç – 2
Türkmənistan -2
Əlcəzair – 2
Moldova -1
Rumıniya – 1
Serbiya -1
Filippin – 1
Kolumbiya – 1
Ermənistan -1
İordaniya – 1
Suriya – 1
Şimali Koreya – 1
Danimarka – 1
Gürcüstan -1

Təşkilatçı ölkə

Böyük Britaniya 7
İngiltərə 4
Uels – 2
Şotlandiya - 1

Xəbər 1096 dəfə oxundu.