Avropa çempionatında Azərbaycanın kata komandası bürünc medal uğrunda mübarizə aparacaq
Azərbaycan karateçiləri İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatında mübarizəni davam etdirirlər.

Qitə çempionatının ikinci günündə kata üzrə komanda yarışında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət yığmamız qrupda üçüncü yeri tutub.
Beləliklə, Azərbaycan komandası martın 31-də bürünc medal uğrunda Rusiya yığması ilə mübarizə aparacaq.

Xəbər 1669 dəfə oxundu.