Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open” şahmat festivalı keçiriləcək
Mayın ilk həftəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” şahmat festivalı start götürəcək.

Ənənəvi şahmat festivalının “A” turnirində 2250-dən yuxarı, “B” turnirində isə ondan aşağı reytinqli şahmatçılar mübarizə aparacaqlar. “C” turnirində isə uşaqlar güclərini sınayacaqlar. Festival çərçivəsində mayın 6-da blits turnir keçiriləcək.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarışa mayın 10-da yekun vurulacaq.

Xəbər 709 dəfə oxundu.