Boks üzrə açıq rayon birinciliyi keçirilib
Martın 22-dən 24-dək Lənkəran şəhərində Uşaq Gənclər İdman Məktəbinin Novruz bayramına həsr olunmuş boks üzrə açıq rayon birinciliyi keçirilib. Birincilikdə Bakı şəhəri, Neftçala, Cəlilabad, Masallı, Lənkəran və Astara rayonunun idmançıları iştirak edib.

Döyüşlərin sonunda 44 kq çəki dərəcəsində Kənan Cəfərov, Orxan Calalov (50 kq) birinci, Elvin Fətəliyev (28 kq), Coşqun Şabanov (46 kq) ikici, Elsevər Qurbanlı (38 kq) və Ruhan Əmirov (40 kq) üçüncü yerə layiq görülüblər.

Qaliblər Lənkəran şəhər Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə mükafatlandırılıblar.

Xəbər 775 dəfə oxundu.