Futzal üzrə UEFA kubokunun qalibi müəyyənləşib
Futzal üzrə UEFA kubokunun qalibi müəyyənləşib. “Dördlər finalı”nın həlledici qarşılaşmasında İspaniya “Barselona”sı ilə Rusiya “Dinamo”su üz-üzə gəlib. Kataloniya təmsilçisi 3:1 hesablı ilə qalib gələrək, tarixində ilk dəfə Avropanın ən güclüsü olub.

Qeyd edək ki, “Barselona” “Dördlər finalı”na vəsiqəni Azərbaycan çempionu “Araz”la mübarizədə qazanmışdı. Elit raundun eyni qrupunda yarışan komandaların oyunu 2:2 hesabı ilə başa çatsa da, digər oyunlardakı nəticələr ispaniyalıları həlledici mərhələyə çıxarmışdı. Həmin heç-heçə isə “Barselona”nın cari mövsümdə yeganə xal itkisidir. Belə ki, kuboku qazanana kimi 9 oyun keçirən kataloniyalılar 8 qələbə qazanıb və yalnız “Araz”la “sülh”ə imza atıb.

Xəbər 1039 dəfə oxundu.