"Sumqayıt" Futbol Akademiyasına Hakan Sünal rəhbərlik edəcək
“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Belə ki, bu vəzifəni Hakan Sünal icra edəcək. Bununla əlaqədar olaraq, martın 28-də “Kapital Bank Arena”nın mətbuat konfransı zalında təqdimat mərasimi keçirilib.

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub.

Xəbər 766 dəfə oxundu.