Sambo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü idmançılar arasında sambo üzrə paytaxt birinciliyi keçirilib.

Birincilikdə 11 çəki dərəcəsi üzrə 127 idmançı mübarizə aparıb.

Yekun nəticələrə əsasən, Kərim Kərimli (32 kq), Rəsul Hüseynzadə (35 kq), Nihad Rəhimov (38 kq), Nicat İsmayılov (42 kq), Emil Cəfərzadə (46 kq), Ziyad Əlizadə (50 kq), Fariz Allahverdiyev (54 kq), Ricad Nadirov (59 kq), Əli Quliyev (65 kq), Səfər Səfərov (71 kq) və Ramal Musayev (71 kq-dan yuxarı) qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

AZƏRTAC

Xəbər 1252 dəfə oxundu.