Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub
Yaponiyada beynəlxalq cüdo təhsili proqramı üzrə seminar keçirilib.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, seminarda ölkəmizi Rafael Şahverdiyev təmsil edib.

Dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramına müxtəlif ölkələrdən məşqçilər qatılıblar. İştirakçılar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.

Məşqçimiz seminarı uğurla başa vuraraq beynəlxalq cüdo təhsili proqramının diplomuna layiq görülüb. R.Şahverdiyevə diplomu Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro təqdim edib.

Xəbər 886 dəfə oxundu.