Aşihara karateçilərimiz Avrasiya çempionatında 10 medal qazanıblar
Azərbaycan Aşihara Karate Federasiyasının idmançıları Antalyada keçirilən Avrasiya çempionatında iştirak ediblər.

Təmsilçilərimiz mötəbər turnirdə uğurla çıxış edərək 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Çempionatda 11 ölkədən 200-dən çox idmançı mübarizə aparıb.

Xəbər 749 dəfə oxundu.