Azərbaycanın U-19 millisi İrlandiya ilə qarşılaşacaq | |
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının elit-raundunda II tur oyununu keçirəcək. Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan 1-ci qrupun növbəti matçında İrlandiya ilə üz-üzə gələcək. Krasnodardakı "Kuban" stadionunda baş tutacaq görüşü macar baş hakim Adam Farkaş idarə edəcək. Qrupun digər qarşılaşması Rusiya və Rumıniya arasında olacaq. İlk turda Azərbaycan Rusiya ilə qolsuz heç-heçə etdiyi halda, İrlandiya Rumıniyanı darmadağın edib - 5:0. Qeyd edək ki, U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdə əldə edib. Daha sonra bu komanda Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu sayda yoxlama oyunu keçirib. 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq. AVRO-2019-un elit-raundu II tur 1-ci qrup 23 mart 13:00. İrlandiya - Azərbaycan Hakimlər: Adam Farkaş, Balaj Şert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya) Krasnodar, "Kuban" stadionu (Rusiya) 18:00. Rusiya - Rumıniya |
|
Xəbər 759 dəfə oxundu. |
|
|