Sərbəst güləş üzrə Rusiya millisi dünya kuboku yarışlarının qalibi olub | |
Sərbəst güləş üzrə Rusiya millisi dünya kuboku yarışlarının qalibi olub. Yakutskda təşkil olunan yarışın finalında Rusiya və İran güləşçiləri üz-üzə gəliblər. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Rusiya dünya kuboku yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üçüncü yer uğrunda görüşdə ABŞ millisi Yaponiyanı 6:4 hesabı ilə məğlub edib. Qeyd edək ki, sonuncu dəfə Rusiya millisi 2011-ci ildə dünya kuboku yarışlarının qalibi olub. |
|
Xəbər 888 dəfə oxundu. |
|
|