Kişi cüdoçulardan ibarət Paralimpiya yığmamız təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb
Azərbaycanın kişi cüdoçulardan ibarət Paralimpiya yığması təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb.

Baş məşqçi İbrahim İbrahimovun rəhbərlik etdiyi 12 nəfərlik heyət martın 26-dək Qoridə hazırlıq prosesində iştirak edəcək.

“Neftçi” idman klubunun dəstəyi ilə keçirilən təlim-məşq toplanışı Qori cüdo mərkəzində baş tutacaq.

Toplanış mayda Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 812 dəfə oxundu.