“Bakı” Avroliqada kimlər gözləyir
2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək 3 Azərbaycan klubundan biri “Bakı” olacaq. İdman.com.az saytı apasport.az-a istinədən xəbər verir ki, təmsilçimizlə yanaşı, Avropanın daha 36 komandasının bu mərhələdə oynayacağı dəqiqləşib.

Qitənin 2-ci dərəcəli klub turnirində oynayacaq 78 komandadan adı məlum olan klubların bəzilərinin artıq püşkatma zamanı hansı səbətdə qərarlaşacağı da bilinir. Belə ki, 37 klubun daha yüksək reytinqə malik 13-ü səpələnmişlər sırasında yer alıb. Nisbətən zəif “17-lik” isə güclülərin potensial rəqibi olacaq. Daha 7 komanda isə hansı səbətdə yer alacağını müəyyənləşdirmək üçün digər iştirakçıların kimliyini gözləməlidir.

Klub reytinqi 3,241-ə bərabər olan “Bakı” artıq “səpələnmişlər” sırasındadır. Bu isə paytaxt təmsilçisinə asan rəqib və eyni zamanda mərhələ keçmək məcburiyyəti vəd edir. Yəni “səpələnmişlər”dən olduğu üçün hələ də baş məşqçisiz olan komanda mərhələ keçməyə borcludur.

I təsnifat mərhələsi
Səpələnmişlər: “Rusenborq” (Norveç), “Elfsborq”, “Kalmar” (hər ikisi - İsveç), “Aktobe” (Qazaxıstan), “Sent Patriks”, “Bohemians” (İrlandiya), “Bakı” (Azərvaycan), “Qomel” (Belarus), “Hafnarfyordur” (İslandiya), “Pünik” (Ermənitan), “Metallurq”, “Skonto” (hər ikisi - Latviya), “Banqor Siti” (Uels), “Suduva” (Litva).

Səpələnməmişlər: “Kruaders”, “Portadaun” (hər ikisi - Şimali İrlandiya), “Dauqava” (Latviya), “Trans”, “Kalyu” (hər ikisi - Estoniya), “Jalgiris” (Litva), “Vestmannaeyar”, “Akyureyri” (hər ikisi İslandiya), “Hibernian” (Malta), “Ordabası”, “Jetısu” (hər ikisi - Qazaxıstan), “Runavik”, “Vikinqir” (hər ikisi - Farer adaları), “Qandzasar”, “Şirak” (hər ikisi - Ermənistan), “Kefn Druids” (Uels), “Selye” (Sloveniya).

“Qeyri-müəyyənlər: “Kuopio”, “Yuvaskulya” (hər ikisi - Finlandiya), “Streymur” (Farer adaları), “Şaulyay” (Litva), “Zimbru” (Moldova), “Kliftonvill” (Şimali İrlandiya), “Santa Koloma” (Andorra).

Bundan başqa, II və IV mərhələdə oynayacaq daha 9 komandanın da adı indidən məlumdur.

II təsnifat mərhələsi
“Qeyri-müəyyənlər: “Şaxtyor” (Belarus), “Olesund”, “Tromse” (hər ikisi - Norveç), “Srvena Zvezda” (Serbiya), AİK (İsveç), “İnter” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya)

IV təsnifat mərhələsi
“Qeyri-müəyyənlər: “Metallist” (Ukrayna), “Lokeren” (Belçika)

Xəbər 946 dəfə oxundu.