Birdən artıq çempion olanlar
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev 2-ci dəfə Azərbaycan çempion oldu. İdman.com.az saytı apasport.az-a istinədən xəbər verir ki, 2005/06 mövsümündə “Bakı”nı qızıl medallara daşıyan 53 yaşlı mütəxəssis bu titulu 1 dəfədən artıq qazanan 4-cü baş məşqçidir. Belə ki, Hacıyevə qədər Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev isə 3 dəfə bu sevinci yaşayıb.

Hacıyev 2 komandanı çempionluğa daşıyan 3-cü baş məşqçi kimi tarixə düşüb. Allahverdiyev bütün çempionluqlarını “Kəpəz”lə yaşadığından, yalnız Mircavadov və Tuayev bunu bacarmışdı. Mircavadov “Qarabağ”la 1, “Şəmkir”lə 2, “Neftçi” və “Xəzər Lənkəran”ın da hərəsi ilə 1 dəfə - yəni 4 komanda ilə çempion olub. Tuayev isə 3 dəfə “Neftçi”, 1 dəfə “Turan”da – yəni Hacıyev kimi 2 komandada qızıl medallara sahib çıxıb:

1992 Əhməd Ələsgərov (“Neftçi”)
1993 Ağasəlim Mircavadov (“Qarabağ”)
1993/94 Kazbek Tuayev (“Turan”)
1994/95 Mehman Allahverdiyev (“Kəpəz”)
1995/96 Kazbek Tuayev (“Neftçi”)
1996/97 Kazbek Tuayev (“Neftçi”)
1997/98 Mehman Allahverdiyev (“Kəpəz”)
1998/99 Mehman Allahverdiyev (“Kəpəz”)
1999/2000 Ağasəlim Mircavadov (“Şəmkir”)
2000/01 Ağasəlim Mircavadov (“Şəmkir”)
2001/02 Yarımçıq dayandırılıb
2003/04 Kazbek Tuayev (“Neftçi”)
2004/05 Ağasəlim Mircavadov (“Neftçi”)
2005/06 Böyükağa Hacıyev (“Bakı”)
2006/07 Ağasəlim Mircavadov (“Xəzər Lənkəran”)
2007/08 Valentin Xodukin (“İnter”)
2008/09 Qyoko Hacıyevski (“Bakı”)
2009/10 Kaxaber Sxadadze (“İnter”)
2010/11 Arif Əsədov (“Neftçi”)
2011/12 Böyükağa Hacıyev (“Neftçi”)

Xəbər 904 dəfə oxundu.