Şahmat üzrə dünya çempionatında komandamız yeddinci olub
Astanada Azərbaycanın kişi şahmatçılarının da qatıldığı komandalararası dünya çempionatı başa çatıb.

Komandamız son turda Misir şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlub edib.

Doqquz turun yekununda 8 xal toplayan Azərbaycan komandası yeddinci yerə sahib olub.

Rusiya komandası 16 xalla dünya çempionatının qalibi olub.

İngiltərə şahmatçıları 13 xalla ikinci, Çin yığması isə 12 xalla üçüncü yeri tutub.

Xəbər 828 dəfə oxundu.