Astarada “Şahin” hərbi idman oyununun rayon birinciliyinin zona birincilikləri keçirilib
Martın 4-dən 13-dək Astara rayonunda hərbi idman oyununun rayon birinciliyinin zona seçim mərhələsi keçirilib. Rayon birinciliyi 5 zona yarışları və final mərhələsindən ibarət olub. “Şahin” hərbi idman oyununun zona mərhələsində 33 tam orta məktəb komandasını təmsil edən 462 nəfər məktəbli iştirak edib.

Birinci zona üzrə yarış martın 4-də Astara şəhər 3 saylı tam orta məktəbində 8 məktəb komandasının iştirakı ilə keçirilib. Birinci və ikinci yerlərə müvafiq olaraq Astara şəhər 3 və 2 saylı tam orta məktəb komandaları layiq görülüb və yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Martın 6-da baş tutan yarışda Maşxan kənd tam orta məktəbində 10 məktəb komandası mübarizə aparıb. Tüləküvan kənd məktəbi birinci, Kijəbə qəsəbə tam orta məktəb komandaları ikinci yeri tutublar.

Martın 7-də üçüncü zona yarışı Çayoba kənd tam orta məktəbində 9 məktəb komandasının iştirakı ilə olub. Şiyəkaran kənd 2 saylı və Siyəku kənd tam orta məktəb komandaları müvafiq olaraq birinci və ikinci yerə sahib olublar.

Dördüncü zona (dağlıq ərazi) üzrə yarış martın 11-də Sım kənd tam orta məktəbində baş tutub. İlk yerə Pəlikəş kənd tam orta məktəb komandası layiq görülüb.

Beşinci zona(dağlıq ərazi) üzrə yarış martın 13-də Asxanakəran kənd tam orta məktəbində keçirilən yarışda Hamoşam kənd tam orta məktəb komandası qalib olub.

Qeyd edək ki, “Şahin” hərbi idman oyununun rayon birinciliyinin final mərhələsi martın 29-da keçiriləcək. Qalib gələn komanda Cəlilabad rayonunda baş tutacaq respublika zona birinciliyində Astara rayonunu təmsil etmək hüququ qazanacaq.



Xəbər 875 dəfə oxundu.