Şahmat üzrə paytaxt birincilikləri başa çatıb | |
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2009–2010-cu il təvəllüdlü oğlan və qızlar arasında şahmat üzrə paytaxt birincilikləri başa çatıb. Respublika Şahmat Mərkəzində keçirilən yarışda 64 zəka sahibi (27-si qız) iştirak edib. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilib. Oğlanların yarışında Tunar Davudov 8 xalla birinci olub. Qızların mübarizəsində isə 8,5 xalla Suada Abaszadə qızıl medal qazanıb. Yarışda ilk üçlükdə qərarlaşan şahmatçılarla yanaşı, oğlanlar arasında dördüncü, qızların mübarizəsində isə 4-5-ci pillədə qərarlaşan idmançılar mayın 14-də keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar. Yarışda Ömər Qədirli 5,5 və Emil Mirzəyev isə 5 xal toplayaraq birinci dərəcə normasını yerinə yetiriblər. Birincilikdə ilk üç yeri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar. |
|
Xəbər 727 dəfə oxundu. |
|
|