Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində Estoniya kişi cüdoçularla təmsil olunacaq
Cüdo üzrə Estoniya yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə yalnız kişilərdən ibarət komanda ilə təmsil olunacaq.

Bakı tatamisində millinin üzvlərindən Oskar Pertelson (73 kq), Kristian Toniste (81 kq), Klen Kristofer Kaljulaid (90 kq), Qriqori Minaskin (100 kq) mübarizə aparacaqlar.

“Böyük dəbilqə” turnirində 11 ölkə iştirakını artıq təsdiqləyib.


Xəbər 798 dəfə oxundu.