“Avro 2020”nin talismanı martın 24-də təqdim olunacaq
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının talismanı martın 24-də Amsterdamdakı “Yohan Kroyf Arena”da təqdim olunacaq.

Azsport.az UEFA-nın saytına istinadla xəbər verir ki, talisman “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Hollandiya-Almaniya oyunundan əvvəl təqdim ediləcək.

Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Turnirin 60 illik yubileyi münasibətilə çempionata Avropanın 12 ölkəsi ev sahibliyi edəcək.

Qitə birinciliyinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir qarşılaşması Bakıda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç oyunu, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 889 dəfə oxundu.