Millimizin Avropa çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, heyətdə Nicat Mehbaliyev (“Qarabağ”), Nail Alışov (“Neftçi”), Rüstəm Samuqullin (“Stroqina”, Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Rusiya), İbrahim Hüseynov (“Qarabağ”), Zahid Mərdanov (“Sabah”), Rauf Hüseynli (“Qarabağ”), Rüstəm Nuriyev, Vüsal Məsimov (hər ikisi “Qəbələ”), Zamiq Əliyev (“Qarabağ”), Şakir Seyidov (“Sabah”), İdris İnqilablı (“Qəbələ”), Turan Vəlizadə (“Neftçi”), Tural Bayramov (“Qarabağ”), Sərhad Daşdəmir

(“AFC Fylde”, İngiltərə), Elvin Cəfərquliyev (“Qarabağ”), Murad Mahmudov (“FSV Frankfurt”, Almaniya), Kamran Quliyev (“FK Jonova”, Litva), Musa Qurbanlı (“Qarabağ”) və Emil Qasımov (“Sabah”) yer alıblar.

Qeyd edək ki, millimiz elit-raund çərçivəsində martın 20-də Rusiya, üç gün sonra İrlandiya, ayın 26-da isə Rumıniya yığması ilə qarşılaşacaq.


Xəbər 790 dəfə oxundu.