Badmintonçumuz “Jamaica International 2019” turnirində iştirak edib
Yamaykanın paytaxtı Kinqston şəhərində “Jamaica International 2019” turnirinə yekun vurulub.

Azsport.az Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, “İnternational Series” kateqoriyalı turnirdə badmintonçumuz Ezmi Qovimuramadhoni də iştirak edib. Turnirə əsas mərhələdən start verən badmintonçumuz onaltıdabir finalda Aleksandr Biançinini 2:0 (21-15,21-18) hesabı ilə məğlub edib. Ezmi səkkizdəbir finalda turnirin 1 nömrəli reytinq favoriti, “Jamaica International 2019” yarışının finalına kimi irəliləyən Qvatemala idmançısı Kevin Kordona 0:2 (13-21,14-21) hesabı ilə uduzub.

Xəbər 903 dəfə oxundu.