Karateçilərimiz beynəlxalq Bosfor kuboku turnirində 14 medal qazanıblar
Martın 9-10-da İstanbulda karate üzrə 32-ci beynəlxalq Bosfor kuboku turniri keçirilib. Ənənəvi turnirdə 31 ölkədən 1299 idmançı mübarizə aparıb. Ölkəmizi bu turnirdə təmsil edən karateçilərimiz 14 medal ( 4 qızıl, 5 gümüş, 5 bürünc) qazanıblar.

Fərdi kumite yarışlarında Vüsal Qəmbərov (30 kq), Məhəmməd Xamoyev (45 kq), Ramil Baxşəliyev (52 kq) və Hüseyn Məmmədli (61 kq) bütün rəqiblərini məğlub edərək, turnirin qalibi adına layiq görülüblər.

Fərdi kumite yarışlarında komandamızın aktivinə gümüş medalları Rüstəm Rzayev (+45 kq), Kamil Kərimli (45 kq), Ayxan Allahverdiyev (52 kq), Rəsul Abbasov (45 kq), Osman Osmanlı (+76 kq) yazdırıblar. Bu yarışlarda Əli Ağayev (40 kq), Aysu Əliyeva (44 kq), Fərid Savadov (52 kq), Ruslan Qafarlı (57 kq) və Fərid Ağayev (76 kq) isə bürünc medallara sahib olublar.


Xəbər 673 dəfə oxundu.