Astaralı idmançı çempionatda birinci yerə layiq görülüb
Martın 8-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə beşinci Azərbaycan çempionatı keçirilib.

Yarışda 40 komandanın heyətində 400-dən çox idmançı alpaqut Turan döyüş sənətinə daxil olan aypara, batur, çaymaz və qurşaq sistemləri üzrə mübarizə aparıblar.

Çempionatda Astara rayonunu təmsil edən Ağadədə Əliyev (85 kq) böyüklər arasında caymaz sistemi üzrə döyüşüb və birinci yerə layiq görülüb. Qalib diplom və medalla təltif olunub.



Xəbər 808 dəfə oxundu.