Ər-Riyadda azərbaycanlı sumoçuların iştirak etdiyi ümumdünya etno festivalına start verilib
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda ümumdünya etno festivalına start verilib.

Azərbaycan Sumo Federasiyasından bildiriblər ki, yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparırlar. İdmançılarımız turnirdə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanovun rəhbərliyi ilə iştirak edir. Asif Səfərbəyov, Camal Feyziyev və Zaur Bağırov baş məşqçi Samir Abdullayevin rəhbərliyi altında öz güclərini sınayırlar.

Görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edir.

Xəbər 686 dəfə oxundu.