Baş məşqçi Cavid Tağıyev Nəsriyyədə 10 günlük seminar keçəcək
İraqın gənc boksçulardan ibarət millisinin azərbaycanlı baş məşqçisi Cavid Tağıyev bu gün Nəsriyyə şəhərinə yollanıb. Bunu açıqlamasında o özü deyib.

Həmyerlimizin sözlərinə görə, o, yerli məşqçilər üçün 10 günlük seminar keçəcək. Məşğələ nəzəri və təcrübi olacaq. İraq Boks Federasiyanın rəhbərliyi həmyerlimizin bu təklifini bəyənib.

Xəbər 1491 dəfə oxundu.