Rafael Ağayev və İrina Zaretska dünya reytinqində ilk dördlükdə qərarlaşıblar
Dünya Karate Federasiyası (WKF) yeni Olimpiya reytinqini açıqlayıb.

İlk iyirmilikdə Azərbaycanın üç karateçisi yer alıb. Onlardan ən yaxşı nəticə dünya çempionu İrina Zaretskaya (+61 kq) məxsusdur. Karateçimiz siyahıda ikinci yerdə qərarlaşıb. Beşqat dünya çempionu Rafael Ağayev dördüncü pillədə yer alıb. Millimizin digər üzvü Firdovsi Fərzəliyev isə 13-cü yerdədir.

Xəbər 793 dəfə oxundu.