«Real»dan «Qalatasaray»a?
İspaniyanın idman qəzeti «Sport» mövsüm sonunda Madrid «Real»ından ayrılacaq oyunçuların siyahısının önünə Həmid Altuntopla Nuri Şahini qoyub. İdman.com.az saytının məlumatına görə, «Real»ın yekunda 8 oyunçusu ilə yollarını ayıracaq. Siyahıdakı digər adlar Karvalyo, Albiol, Kaka, Lassana, Diarra və İquaindir. Həmid Altuntopun tam hüquqları ilə birlikdə satılacağı, Nuri Şahinin isə icarəyə göndəriləcəyi bildirilir.
«Qalatasaray»ın transfer siyahısında olan 29 yaşlı Altuntopun İstanbula yol alacağına böyük ehtimalla baxılır.

Xəbər 881 dəfə oxundu.