Əliyar Ağayev Yunanıstanın “PAOK” və “Atromitos” komandaları arasındakı oyunu idarə edəcək
FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə etmək üçün təyinat alıb.

32 yaşlı baş hakim “PAOK” – “Atromitos” matçını idarə edəcək. Martın 10-da keçiriləcək qarşılaşmada Ə.Ağayevə yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov kömək edəcəklər.

“Tumba” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Xəbər 946 dəfə oxundu.