Astarada məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyinə yekun vurulub
Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yeniyetmə məktəblilər arasında kross qaçışı üzrə rayon birinciliyinə yekun vurulub.

Rayon birinciliyində 2002-2004-cü il təvəllüdlü qızlar bir, 2001-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlar üç və 2004-2007-ci il təvəllüdlü oğlanlar iki kilometr məsafəyə qaçış yarışlarında mübarizə aparıblar.

Birinciliyin nəticələrinə əsasən qalib gələnlər Astara rayon gənclər və idman idarəsinin diplomları və hədiyyələrlə mükafatlandırılıb.

Xəbər 815 dəfə oxundu.