Xorvatiya millisi Azərbaycan yığması ilə oyunöncəsi ciddi itki ilə üzləşib
Futbol üzrə Xorvatiya millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunöncəsi ciddi itki ilə üzləşib.

“Ayntraxt”ın hücumçusu Ante Rebiç Bundesliqanın XXIV turunda “Xoffenxaym”la qarşılaşmada dizindən zədələnib.

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Azərbaycan yığması ilə oyun üçün 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycan yığmasını qəbul edəcək, üç gün sonra Macarıstanın qonağı olacaq.

Xəbər 816 dəfə oxundu.