“Neftçi” yenə çempion oldu!
Bu gün Unibank Premyer Liqasında XXX tura yekun vurulub. İdman.com.az saytının məlumatına görə, yubiley – XX milli çempionatının qalibinin adına bu gün tam aydınlıq gəlib. Belə ki, “Neftçi” evdə “Qarabağ” klubu üzərində inamlı qələbə sayəsində yarış cədvəlində vəziyyəti bir qədər də yaxşılaşdırb. Ölkə futbolunun bayraqdarının ən yaxın izləyicisi “Xəzər Lənkəran”ın Bakıda “İnter”lə matçda xal itirməsi, “ağ-qaralar”ı sona 2 tur qalmış əlçatmaz edib. Bununla da “Neftçi” ardıcıl 2-ci il çempionluğu mövsüm bitməmiş bayram edir. Böyükağa Hacıyevin çalışdırdığı komanda mayın 17-də “Bakı” ilə Azərbaycan kubokunun finalında da qalib olarsa, mövsümü “qızıl dubl”la başa vurmuş olacaq.

Unibank Premyer Liqası. XXX tur
Final mərhələsi. 29 aprel

“Qəbələ” – “Bakı” - 4:0
Qol: Yannik Kamanan, 38, Vurğun Hüseynov, 50, Viktor Mendi, 59, Nodar Məmmədov, 90+3
44-cü dəqiqədə Yannik Kamanan penalti zərbəsindən istifadə edə bilməyib (qapıçı)
Qəbələ. Şəhər stadionu

“Neftçi” – “Qarabağ” - 2:1
Qol: Rəşad Abdullayev, 71, Ruslan Abışov, 90+1-pen - Vaqif Cavadov, 67
Qırmızı vərəqə: Maksim Medvedev, 90+1 (birbaşa)
32-ci dəqiqədə Vaqif Cavadov penaltidən istifadə edə bilməyib (qapıçı)
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“İnter” – “Xəzər Lənkəran” - 0:0
Bakı. “Şəfa” stadionu

AzAL – “Simurq” - 0:0
Bakı. “AzAL Arena” stadionu

Xəbər 1444 dəfə oxundu.