Xocavənddə voleybol üzrə rayon birinciliyi keçirilib | |
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbədə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol üzrə Xocavənd rayon birinciliyi keçirilib. Yarışda 8 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Tuğ kənd komandası birinci, Axullu kənd komandası ikinci, Əmralılar komandası isə üçüncü yeri tutub. Birinciliyin qalibləri diplomlarla təltif olunub. |
|
Xəbər 710 dəfə oxundu. |
|
|