Avropa çempionatında ölkəmizi 4 qadın güləşçi təmsil edəcək
Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Martın 6-da qitə birinciliyində qadın güləşçilərin mübarizəsinə start veriləcək.

Yarışda yığmamızın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq.

Qeyd edək ki, çempionatda qadınlar martın 6-8-də çıxış edəcəklər.

Xəbər 939 dəfə oxundu.