Astarada yeniyetmələr arasında mini futbol üzrə rayon birinciliyi keçirilib
Martın 1-dən 5-dək Astara Olimpiya İdman Kompleksində məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.

Azsport.az saytı xəbər verir ki, yarışda Astara şəhər 1 saylı tam orta məktəb, Astara şəhər 2 saylı tam orta məktəb, Təngərüd kənd tam orta məktəb, Pensər kənd 2 saylı tam orta məktəbin komandaları iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev “5 Mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə iştirakçıları, müəllim heyətini və idmançıları təbrik edib. O, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söhbət açıb.

Yeniyetmələr arasında keçirilən yarışda birinci yerə Astara şəhər 1 saylı tam orta məktəbin, ikinciyə Astara şəhər 2 saylı tam orta məktəbin komandaları çıxıblar. Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, yarışın məqsədi Astarada “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün qeyd edilməsi, rayonda kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanmasıdır.



Xəbər 828 dəfə oxundu.