Kişi həndbolçuların ölkə kuboku yarışlarında finalçılar müəyyənləşib
Kişi həndbolçuların ölkə kuboku yarışlarında finalçılar müəyyənləşib.

Yarımfinal mərhələsində “Bakı” U-16 üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular çox çalışsalar da, böyük hesablı məğlubiyyətdən qurtula bilməyiblər. “Bakı”nın tam üstünlüyü ilə keçən qarşılaşma 49:24 hesabı ilə nəticələnib.

Günün digər görüşü daha gərgin idman mübarizəsi ilə yadda qalıb. “Məhsul”–“Təhsil” matçında birincilərin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Meydançaya qələbə üçün çıxan “Məhsul” həndbolçuları azarkeşlərinin etimadını doğruldublar – 32:28.

Beləliklə, martın 30-da keçiriləcək final görüşündə “Bakı” və “Məhsul” komandaları kubokun sahibini müəyyənləşdirəcəklər.

Xəbər 883 dəfə oxundu.