Masallıda cüdo üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib
Masallı Cənub Cüdo Təlim Mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyi başa çatıb.

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 100-ə yaxın uşaq və yeniyetmə on bir çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Açıq rayon birinciliyində Masallı rayonunun idmançıları ilə yanaşı, Bakı şəhərinin və Lənkəran rayonunun idmançıları da mübarizəyə qoşulublar.

Yarışın yekun nəticələrinə əsasən, Masallı komandası birinci, Bakı komandası ikinci, Lənkəran komandası üçüncü yerləri tutublar.

Qaliblərə diplom və medallar təqdim olunub.

Xəbər 1076 dəfə oxundu.