Tovuzda Futbol Akademiyası yaradılacaq
Tovuzda Futbol Akademiyası yaradılacaq.

Bunu martın 4-də AFFA-nın hesabat yığıncağı ilə əlaqədar təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib bildirib: “Akademiyanın yaradılması ilə bağlı qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. İnfrastrukturun UEFA və FIFA tərəfindən həyata keçirilən proqramlar çərçivəsində yaradılmasını düşünürük. Akademiyanın layihəsini may ayınadək hazır edəcəyik. Akademiya “Turan Tovuz” komandasının nəzdində fəaliyyət göstərəcək”.

Xəbər 923 dəfə oxundu.