Karateçilərimiz A seriyası turnirində qızıl və bürünc medal qazanıblar
Avstriyanın Zalsburq şəhərində keçirilən Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından olan A seriyası turnirini karateçilərimiz iki medalla başa vurublar.

Fransa, İtaliya, İran və Ekvador təmsilçilərini məğlub edən Asiman Qurbanlı (+84 kq) yarımfinalda sonuncu dünya çempionu Conatan Horneyə (Almaniya) qalib gəlib. Qızıl medal uğrunda həlledici görüşdə karateçimiz daha bir İran idmançısı Saleh Abazarini məğlub edərək qızıl medala sahib olub.

Digər idmançımız Ayxan Mamayev (84 kq) isə bürünc medala layiq görülüb.

Martın 1-də start götürən A seriyası turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.

Xəbər 882 dəfə oxundu.