Şalva Qadabadzeni lisenziyadan bir qələbə ayırır
Çinin Tayuan şəhərində dünya olimpiya təsnifat turniri bu gün sona çatır. İdman.com.az saytının məlumatına görə, son gündə rəqabətə yunan-Roma güləşçiləri ilə qadın pəhləvanlar qoşulublar. Təmsilçilərimizdən ilk olaraq xalça üzərinə çıxan Şalva Qadabadze (96 kq) hələ ki, ümidləri doğrultmaqdadır.

1-ci mübarizədə özbəkistanlı Yevgeni Açkasovu məyus edən (3:0, 0:1, 4:0) idmançımız, sonra ukraynalı Sergey Veroşkini üstələyib (2:1, 1:0). 1/4 finalda həmyerlimiz gürcüstanlı Soso Cabidzeyə qalib gələrək (1:0, 2:0), yarımfinala adlayıb. Bu mərhələdə o, çex David Vala ilə görüşəcək. Təmsilçimiz qalib gədəcəyi təqdirdə, London olimpiadasına lisenziya əldə edəcək.

Digər təmsilçilərimiz Məsud Həşimzadə (120 kq), qadınların mübarizəsində Anna Belyayeva (63 kq) və Natalya Palamarçuk (72 kq) 1/4 finalda uduzublar.

Xəbər 1086 dəfə oxundu.