Badmintonçumuz Keniyada keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutub | |
Badmintonçumuz Ezmi Qovimuramadhoni Keniyanın paytaxtı Nairobi şəhərində keçirilən "Future" seriyalı "Kenya International 2019" turnirində çıxış edib. Yarışın reytinq favoritlərindən sayılan Ezmi onaltıdabir finalda Əlcəzair badmintonçusu Sifeddin Larbaouiyə 2:0 (21-11, 21-13) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə hindistanlı Saçin Çandra Şekara üzərində 2:0 (21-13,21-13) hesablı qələbə qazanıb. Səkkizdəbir finalda badmintonçumuz Nigeriya idmançısı Qodvin Olofuanı da 2:0 (21-13, 21-17) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Ezmi Qovimuramadhoni ikidəbir finalda Hindistan təmsilçisi Aman Farog Sanjaya 0:2 (15:21, 16:21) hesabı ilə uduzub. |
|
Xəbər 1134 dəfə oxundu. |
|
|