"Neftçi" "Sabah"ı böyük hesabla məğlub edib
Martın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti oyunu keçirilib.

"Neftçi" doğma azarkeşlər önündə debütant "Sabah" komandasını qəbul edib. Görüş flaqmanın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.

Paytaxt təmsilçisinin heyətində Canluka Samsone (9), Emin Mahmudov (24) və Baqali Dabo (79) fərqləniblər.

Matçın 84-cü dəqiqəsində "Neftçi" klubunun yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Xəbər 806 dəfə oxundu.