“Neftçi” bu gün çempion olacaqmı?
Bu gün Unibank Premyer Liqasında XXX tur başa çatacaq. İdman.com.az saytının məlumatına görə, ölkə futbolunun flaqmanı “Neftçi” ardıcıl 2-ci çempionluğunu bu gün rəsmiləşdirə bilər. Bunun üçün lider “Qarabağ”la tarixi derbidə qalib gəlməli, qalib şansı qalan ən yaxın izləyiciləri – “Xəzər Lənkəran”la “İnter” büdrəməlidir. Bu komandaların bir-biri ilə oynadığını nəzərə alsaq, xal itkisi qaçılmazdır və bu, “Neftçi”nin işinə yarayır.

“Bankçılar” çempionluq şansını saxlamaq üçün mütləq qalib gəlməli, həmşəhərliləri xal itirməlidir. “Ağ-qaralar” qalib gələcəyi və “Xəzər Lənkəran” xal itirəcəyi halda, ölkə çempionatında qızıl medallar məsələsi sona 2 tur qalmış həll olunacaq. Buna görə də, liderə ən yaxın izləyicilərinin görüşündə ən ideal variant heç-heçədir. “Neftçi” xal itirərsə, lənkəranlılar cari mövsümdə sonuncu səfər oyununda qalib gələrsə, çempionluq intriqası artacaq. İstənilən halda, “ağ-qaralar” 3 xal əldə edərsə, çempionluğu 99 faiz qazanıb, bunu rəsmiləşdirmək üçün son 2 oyunda cəmi 1 xala ehtiyacı olacaq.

Unibank Premyer Liqası. XXX tur
29 aprel

17:00. “Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionu

17:00. “Neftçi” – “Qarabağ”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

18:15 AzAL – “Simurq”
Bakı. “AzAL Arena” stadionu

19:00. “İnter” – “Xəzər Lənkəran”
Bakı. “Şəfa” stadionu

Xəbər 898 dəfə oxundu.