Gənc velosipedçilərimiz İranda yarışacaqlar
Ölkəmizin gənc oğlanlardan ibarət şose velosipedi üzrə yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək.

Heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız İranın Kerman şəhərində keçiriləcək “Kerman Turu”nda mübarizə aparacaq.

Martın 2-də start götürəcək 4 günlük yarışda, həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcəklər. Bundan başqa, ev sahibi İran “Kerman Turu”nda 4 komanda ilə təmsil olunacaq.

İştirakçılar martın 2-də keçiriləcək birinci mərhələdə 44 kilometr məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti üç gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 kilometr məsafələrə qrup ötüşməsi keçiriləcək.


Xəbər 1100 dəfə oxundu.