Millimizin futbolçusu 9 dəqiqədə oynayıb
Azərbaycan milli komandasının futbolçusu Cihan Özqara Türkiyə Superliqasında növbəti oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun Yaponiya və Andorra yığmaları ilə yoldaşlıq görüşünə çağırdığı “Sivasspor”un hücumçusu ikinci “dördlüy”ün final mərhələsində “İstanbul Böyükşəhir Bələddiyyəspor”a səfərdə 2:4 hesabı ilə uduzduqları matçda son 9 dəqiqədə meydanda olub.

Həmin vaxt qonaqlar hesabda 1:4 geridə olub və Cihanın meydana daxil olmağı nisbətən vəziyyəti dəyişib. Belə ki, Ömər 88-ci dəqiqədə meydan sahiblərinə qol vurub və bu, oyunda son nöqtə olub.

“Sivasspor”un bu məğlubiyyətindən sonra İstanbul təmsilçisi ona çatıb və hər ikisinin 29 xalı var. Ancaq futbolçumuzun komandası top fərqində hələ ki 1-dir.

Xəbər 911 dəfə oxundu.